Cəmiyyət

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası nümunəvi fəaliyyətini davam etdirir.

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası uzun illərdir ki, rayonda məktəbəqədər təhsil sahəsində nümunəvi fəaliyyət göstərən müəssisələrdən biri kimi tanınır. Burada uşaqların sağlam inkişafı, hərtərəfli bilik və bacarıqlara yiyələnməsi, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda böyüməsi üçün bütün zəruri şərait yaradılmışdır. Müəssisədə fəaliyyət göstərən pedaqoji kollektiv uşaqlara fərdi yanaşmanı əsas prinsip kimi qəbul edir. Müasir metodların tətbiqi, müxtəlif dərnəklərin təşkili, musiqi, rəsm və idman məşğələlərinin keçirilməsi nəticəsində uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində ardıcıl iş aparılır.
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında valideynlərlə sıx əməkdaşlığa da xüsusi diqqət yetirilir. Daimi görüşlər, tədbirlər və açıq məşğələlər ailə-bağça münasibətlərinin möhkəmlənməsinə xidmət edir.Hər zaman qabaqcıl ənənələri ilə seçilən 10 saylı körpələr evi-uşaq bağçası bu gün də öz fəaliyyətində yüksək nəticələr əldə etməkdədir. Uşaqların sağlam böyüməsi, intellektual və sosial inkişafı naminə görülən işlər müəssisənin nüfuzunu daha da artırır.

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının fədakar pedaqoji kollektivinə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar, möhkəm sağlamlıq və işlərində davamlı nailiyyətlər arzulayır, onların bu şərəfli missiyanı hər zaman uğurla davam etdirəcəklərinə inanırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button