
Təhlükəsizliyin və ictimai asayişin qorunması hər bir cəmiyyətin sabit inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan Tərtər Rayon Polis Şöbəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Polis Şöbənin rəisi Rüfət Məmmədov isə üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirən, prinsipiallığı və operativliyi ilə seçilən rəhbər kimi diqqət çəkir. Rüfət Məmmədovun rəhbərliyi altında rayon ərazisində hüquq-mühafizə tədbirləri ardıcıl və sistemli şəkildə həyata keçirilir. Cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər nəticəsində sabitlik qorunub saxlanılır. Xüsusilə profilaktik tədbirlərin gücləndirilməsi, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və müraciətlərə həssas yanaşma polis-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir.Tərtər kimi həssas bölgədə fəaliyyət göstərmək əlavə məsuliyyət tələb edir. Bu baxımdan, Rüfət Məmmədovun peşəkarlığı və çevik qərarvermə qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir. O, xidmətin təşkilində nizam-intizamı əsas prinsip kimi götürərək şəxsi heyətin fəaliyyətini daim nəzarətdə saxlayır və onların peşəkar inkişafına diqqət yetirir.Eyni zamanda, hüquq-mühafizə orqanlarının digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyəti də diqqətdən kənarda qalmır. Rayon rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən tədbirlər ictimai təhlükəsizliyin daha da gücləndirilməsinə şərait yaradır. Rüfət Məmmədovun fərqləndirici xüsusiyyətlərindən biri də vətəndaşlara, Şəhid ailələrinə və qazilərə qarşı ədalətli və diqqətli münasibətidir. Onun rəhbərliyi altında hər bir müraciətə operativ baxılması, qanun çərçivəsində obyektiv qərarların qəbul edilməsi əhali arasında polisə olan etimadı artırır.Bütün bunlar göstərir ki, Rüfət Məmmədov öz fəaliyyətində dövlətə və xalqa sədaqət prinsipini əsas tutur. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər rayonun sabitliyi, təhlükəsizliyi və ictimai rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Belə peşəkar və məsuliyyətli rəhbərlik nümunəsi hüquq-mühafizə orqanlarının nüfuzunun daha da yüksəlməsinə xidmət edir.



