GündəmXəbərlər

“İrəvanda Azərbaycan Təhsil Tarixi” – Milli Yaddaşın Elmi Təqdimatı

15 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyanın təqdimat mərasimində iştirak etdik.Qərbi Azərbaycan qədim tarixi yaddaşımız, zəngin təhsil və maarifçilik ənənələrinə malik ulu mədəniyyət beşiyimizdir. Bu baxımdan, İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini arxiv sənədləri əsasında sistemli şəkildə araşdıran belə fundamental tədqiqat əsərlərinin işıq üzü görməsi milli varlığımızın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edir.Təqdim olunan monoqrafiya milli tarixşünaslığımız, pedaqoji fikir tariximiz üçün dəyərli elmi mənbədir. Xalq pedaqogikasına və mənəviyyatımıza söykənən bu cür tədqiqatlar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə çıxarılmasına və xalqımızın elmə, maarifə verdiyi misilsiz töhfələrdəndir.Monoqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirir, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər diləyirəm.

Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button