Tərtədə birinci Qarabağ müharibəsi şəhidi Sabir Kərimovun övladının toy şənliyi keçirilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Sabir Umud oğlunun övladı Daşqın Kərimlinin toy şənliyu keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.Elvin Umudov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.O, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.Məlumat üçün bildiririk ki,Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Sabir Umud oğlu 4 iyul 1951-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini Hacıqərvənd kənd orta məktəbində aldıqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olub. 1972-ci ildə həmin texnikumun inşaatçı ixtisası üzrə tam kursunu bitirib, 1972-ci ildən 1992-ci ilədək Tərtər rayon 18 saylı Yol Tikinti İdarəsində işləyib.Sabir Kərimov 1992-ci il oktyabr ayının 8-də Ağdərə rayonunda (keçmiş Mardakert) erməni hücumu nəticəsində şəhid olmuşdur. O, Hacıqərvənd kənd qəbiristanlığında dəfn edilmişdir.Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

