Hadisə

Tovuzda DƏHŞƏTLİ QƏZA: Yaralılar var – FOTOLAR

Tovuz rayonunda qəza olub.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button