GündəmManşetXəbərlər

Qarlı hava ilə bağlı polis gücləndirilmiş xidmət rejiminə keçib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Yeni il bayramı günlərində ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş xidmət rejimində fasiləsiz olaraq fəaliyyətlərini davam etdirirlər.Şəhər və rayonlarda, magistral avtomobil yollarında, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə polis naryadları cəlb olunub. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində nəzarət tədbirləri artırılıb.Qarlı və buzlu yollarda təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə yolların təmizlənməsi, qum və duz səpilməsi işləri aparılır. Vətəndaşlardan daxil olan müraciətlərə çevik və operativ şəkildə baxılır.Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button