
28.04.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə görkəmli oftalmoloq-alim, Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş tədbir təşkil edildi.Tədbir çərçivəsində Zərifə Əliyevanın liseyin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsi dərin ehtiramla yad edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Zərifə xanımın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra liseyin direktoru Teymur Mustafayev giriş sözü ilə çıxış edərək tədbiri açıq elan etdi və Zərifə Əliyevanın Azərbaycan elminə, səhiyyəsinə və cəmiyyətinə verdiyi misilsiz töhfələrindən bəhs etdi.Tədbirdə iştirak edən qonaqlar – Yeni Azərbaycan Partiyası Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinski, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Bərdə Rayon Mərkəzi Xəstəxanasının müdiri Vüsal Məmmədov çıxış edərək Zərifə Əliyevanın zəngin həyat yolu, elmi fəaliyyəti və yüksək insani keyfiyyətləri haqqında ətraflı məlumat verdilər. Onlar Zərifə xanımın irsinin bu gün də gənc nəsil üçün örnək olduğunu xüsusi vurğuladılar.Tədbirin bədii hissəsində liseyin şagirdləri tərəfindən Zərifə Əliyevaya həsr olunmuş mahnılar oxundu, musiqilər ifa olundu və maraqlı səhnəciklər nümayiş etdirildi.















