DünyaGündəmXəbərlər

Endi Kerroll 5 il müddətinə qədər həbs oluna bilər.

İngiltərənin futbol üzrə milli yığmasının sabiq hücumçusu Endi Kerroll qadını təqib etdiyinə görə 5 il müddətinə qədər həbs oluna bilər. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Kerroll əvvəllər zorlamaya cəhd ittihamı ilə London hava limanında həbs edilib və daha sonra 2026-cı ilin fevralına qədər girov müqabilində sərbəst buraxılıb. Bununla belə, futbolçu zərərçəkmişlə əlaqə saxlamağa davam edərək, ona yaxınlaşmağı qadağan edən girov şərtlərini pozub.Onun işi üzrə yeni məhkəmə dinləməsi dekabrın 30-da təyin edilib və onun barəsində həbs qətimkan tədbirinin pozulması məsələsinə baxacaq. 36 yaşlı futbolçu “Liverpul”, “Nyukasl Yunayted” və İngiltərə millisində çıxış edib. Bu il o, Fransanın “Bordo” klubundan İngiltərənin “Dagen end Redbric” klubuna keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button