
Görüşdə Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəsi Fəzair Piriyev icmanın fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər, həmçinin kənd icmalarının formalaşması, onların təşkilatlanması və birgə fəaliyyətinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu cür icmaların yaradılması Qərbi Azərbaycandan olan soydaşlarımızın bir araya gəlməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.Kələntərli kənd icmasının sədri Vaqif Məhəmmədoğlu isə icma üzvlərinin fəallığından, həyata keçirilən tədbirlərdən və gələcək planlardan bəhs edib. O vurğulayıb ki, kənd icmasının əsas məqsədi həmrəyliyin gücləndirilməsi, gənclərin bu prosesə cəlb olunması və tarixi yaddaşın yaşadılmasıdır. Eyni zamanda, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər icmalarla əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

