GündəmXəbərlər

İcra başçısı Azadqaraqoyunlu kəndində 78 yaşlı müəllimi ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin rəis müavini Elxan Zamanovla birlikdə rayonun Azadqaraqoyunlu kəndinin ağsaqqalı, əslən Qərbi Azərbaycandan olan 78 yaşlı Nadir Sadıqovu ziyarət edib. Görüş zamanı ağsaqqalın həyat yolu, uzun illər ərzində təhsil sahəsində göstərdiyi xidmətlər və qazandığı hörmətlə bağlı fikir mübadiləsi aparılıb.Rayon rəhbəri müəllimin sağlamlıq vəziyyəti və sosial qayğıları ilə maraqlanıb, onun problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Qeyd edək ki,artıq bir ənənə halını almış keçirilən belə görüşlər əhalinin sosial rifahının yaxşılaşdırılması və yaşlı nəslin nümayəndələrinə diqqətin artırılması məqsədi daşıyır.Ağsaqqal müəllim göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button