Cəmiyyət

Fəxr edirəm ki,Qənbər Orucov kimi bir xadimin kötücəsiyəm.

Uzun illər Sovet rejiminin zülmü ilə üzə-üz qalmış fədakar babalarım rahat uyuyun…

Çox təəssüflənirəm ki,ziyarət etmək üçün onların bir qəbri, belə bu gün yoxdur dağıdılıb.

Oruc Orucovun vəfatından 70 il keçir.

Tanınmış mətbuat xadimi,
naşir, publisist
Oruc Əli oğlu Orucovun vəfatının 70-ci ildönümüdür (12.09.1878, Alpout, Cavanşir qəzası (indiki Bərdə r.) – 02.03.1954, Bərdə).

Oruc Orucov qardaşları Abuzər və Qənbərlə birlikdə o dönəmdə Azərbaycanın ən böyük mətbəəsi olan “Orucov Qardaşları Mətbəəsi”ni qurub.
O, “Nicat” Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü,
Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinin Mühərrirlər heyətinin üzvü olub.

28 aprel işğalından sonra təqiblərə məruz qalan Oruc Orucov, 30-cu illərdə sürgünə məruz qalıb.
Sayğılarla anırıq.Ruhu şad olsun.

Teymur Ağasoy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button