Xəbərlər

Çin ordusu döyüş təlimlərində robotlardan istifadə edib

Çin ordusu pilotsuz uçuş aparatları və yerüstü döyüş robotlarının iştirakı ilə taktiki təlimlər keçirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “China News Service” xəbər verir.

Qeyd olunub ki, iyulun 13-də Çin ordusunun iki bölməsi şərti düşmən mövqelərinə hücum əməliyyatlarını məşq edib. Manevrlər zamanı kamikadze-dronlar və “döyüş canavarı” tipli robotlaşdırılmış sistemlər istifadə edilib.

Təlimlər döyüş şəraitində şəxsi heyət və pilotsuz sistemlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəlib. Əsas diqqət kəşfiyyat, atəş dəstəyi, müdafiə xəttinin yarılması və hücum əməliyyatı çərçivəsində digər taktiki fəaliyyətlər kimi elementlərə yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button