Bərdədə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) təşkilatçılığı ilə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına diqqəti artırmaq, uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə vermək olub.Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin və Bərdə Rayon Yol-Patrul Xidmətinin əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədiri Misir Ənvərli, Bərdə şəhər Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktoru Nuranə müəllimə, müəllimlər və məktəblilər iştirak ediblər.Maarifləndirici tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova və Bərdə Rayon YPX-nin inspektoru Ülfət Abdulayev çıxış edərək yol hərəkəti qaydalarına əməl etməyin vacibliyindən, xüsusilə uşaqların təhlükəsizliyinin qorunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu kimi tədbirlər gələcəkdə yol-nəqliyyat hadisələrinin azalmasına mühüm töhfə verə bilər.Daha sonra UGİM-in dərnək üzvlərinin və Elgiz Kərimov adına Bərdə şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları çıxışlar nümayiş etdirilib.Tədbirin sonunda fəal iştirak edən şagirdlər Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.



















































