GündəmXəbərlər

Bərdə məktəblərində şagirdlərin icbari dispanserizasiyası keçirilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Uşaqların sağlamlığının qorunması, onların normal fiziki inkişafının təmin olunması və xəstəliklərin ilkin mərhələdə aşkar edilməsi məqsədilə Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən növbəti icbari dispanserizasiya tədbiri həyata keçirilib.Tədbir çərçivəsində xəstəxananın 6 ixtisas üzrə – pediatr, stomatoloq, nevroloq, oftalmoloq, otorinolarinqoloq və psixoloqdan ibarət həkim briqadası Xanərəb kənd tam orta məktəbi və Əmirli kənd tam orta məktəbində şagirdləri tibbi müayinədən keçirib.Aparılan dispanserizasiya zamanı Xanərəb kənd tam orta məktəbində müayinə olunan 229 şagirddən 20-si, Əmirli kənd tam orta məktəbində isə 232 şagirddən 30-u dispanser qeydiyyatına alınaraq əlavə müayinə və müalicə məqsədilə nəzarətə götürülüb.Mütəxəssislər tərəfindən valideynlərə uşaqların sağlamlığı ilə bağlı müvafiq tövsiyələr verilib, erkən diaqnostikanın əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Qeyd olunub ki, bu cür profilaktik tədbirlər uşaqlar arasında xəstəliklərin vaxtında aşkarlanmasına və sağlam gələcəyin təmin edilməsinə mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button