GündəmXəbərlər

Azərbaycanda əlverişsiz hava şəraiti yanvarın 22-dək davam edəcək – XƏBƏRDARLIQ

Azəraycanda yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bunun yanvarın 22-dək davam edəcəyi gözlənilir.Sözügedən dövrdə hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button