
Qubada 8 nəfər qidadan zəhərlənib.Hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı baş verib. Zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 8-i saat 14 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.