İdman

Zaur Paşayev Azərbaycan millisindəki karyerasını BİTİRDİ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Zaur Paşayev yığmadakı karyerasını bitirib.

41 yaşlı basketbolçu son oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə ilə matçda keçirib.

Zaur Paşayev hazırda “Quba” komandasında çıxış edir. Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad” kimi komandaların formasını geyinib. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.//AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button