Gündəm

“Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq” – DEPUTAT

12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım Günüdür. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın taleyüklü məqamlarında ölkəni parçalanmadan, dövlətçiliyi süqutdan xilas etmiş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, dövlət idarəçiliyinin möhkəm təməli formalaşmış, milli maraqlar hər zaman prioritet kimi qorunmuşdur. Məhz Ulu Öndərin qətiyyətli addımları sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm islahatlara start verilmişdir.

O, müstəqil Azərbaycanın təməlini hələ Sovet imperiyası dövründən atmağa başlamışdır. Onun ana dilimizə qarşı olan həssas yanaşması və milli kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər məhz uzaqgörənliyin və strateqliyin təcəssümü idi. Bu səbəbdən, Ümummilli Liderimiz Azərbaycan tarixinin fenomen şəxsiyyətlərindən biridir.

Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın iqtisadi potensialının gücləndirilməsinə, enerji təhlükəsizliyinin təmininə, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmasına imkan yaratmışdır. Onun formalaşdırdığı milli inkişaf modeli bu gün də ölkəmizin davamlı və dayanıqlı tərəqqisinin əsasını təşkil edir.

.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi beynəlxalq arenada layiqli yerini tutmaqdadır. Dövlət başçımız Cənab İlham Əliyevin qətiyyətli və praqmatik siyasəti nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırmışdır. Bu inkişafın təməlində məhz Heydər Əliyev ideyaları, onun xalqına xidmət fəlsəfəsi dayanır.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun zəngin siyasi irsi, müdrik idarəçilik məktəbi və xalqa sədaqət nümunəsi gələcək nəsillər üçün əvəzolunmaz yol xəritəsi olaraq qalacaqdır.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button