Xəbərlər

Xaçmazda yük maşınının sürücüsü sükan arxasında öldü

Xaçmaz rayonunda sürücü sükan arxasında ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci kilometrində baş verib.

1960-cı il təvəllüdlü Rövkət Qurban oğlu Yunusov idarə etdiyi QAZ-3302 markalı, 40-BH-723 nömrəli yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirib.

O, sükan arxasında öldüyündən avtomobil bordürə çırpılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button