GündəmXəbərlər

Bərdə məktəblilərinin uğuru: “Zəfər” komandası ölkə finalında

Bərdə rayonunun təhsil ictimaiyyəti növbəti uğurla yadda qalıb. E. Əsədov adına Türkmən kənd tam orta ümumtəhsil məktəbinin 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət “Zəfər” komandası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.Gərgin və maraqlı keçən mərhələlərdə öz bilik və məntiqi təfəkkürü ilə seçilən komanda ölkə üzrə ən güclü iştirakçılar arasında yer alaraq 7-ci pillədə qərarlaşıb. Bu nəticə həm məktəbin, həm də ümumilikdə Bərdə rayonunun təhsil sahəsində əldə etdiyi nailiyyətlərin bariz göstəricisidir.Şagirdlərin uğurunda onların biliklərə olan marağı, mütaliəyə verdikləri önəm və müəllimlərin əzmkarlıqla apardıqları təlim-tərbiyə işi xüsusi rol oynayıb. Komandanın bu nailiyyəti digər şagirdlər üçün də motivasiya mənbəyi olmaqla yanaşı, region gənclərinin intellektual potensialının yüksək səviyyədə olduğunu bir daha sübut edir.“Zəfər” komandasının əldə etdiyi bu nəticə gələcək uğurlar üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bu cür nailiyyətlər davamlı olacaq və Bərdə gəncləri ölkəmizi daha böyük platformalarda layiqincə təmsil edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button