Cəmiyyət

Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı – FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Modern.az-ın məlumatına görə, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button