Xəbərlər

12 Noyabr Konstitusiya günüdür

Azərbaycan Konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin əsasını təşkil edən fundamental qanundur. 1995-ci il noyabrın 12-də ümümxalq səsverməsi, referendumla qəbul olunmuş konstitusiyamız dahi liderimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümumilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın modernləşməsinin fəlsəfəsini təşkil etdi. Onun işlək mexanizmə çevirdiyi demokratik-hüquqi dövlət konsepsiyası əsasında ilk növbədə dövlətçilik institutu yaradıldı, siyasi sabitlik təmin edildi və daha sonra iqtisadi yüksəliş dövrü başladı. Məhz bu səbəbdən müasir Azərbaycanın dövlət Konstitusiyası ölkənin müstəqilliyini, vətəndaş hüquq və azadlıqlarını, dövlətin siyasi sistemini, iqtisadi strukturunu və sosial müstəvidəki prinsiplərini müəyyən edən ən yüksək normativ akt kimi qəbul edilir.Konstitusiya Azərbaycan Respublikasının bütün qanunlarının və hüquqi aktlarının əsasını təşkil etməklə cəmiyyət üçün hüquqi çərçivə formalaşdırır.

Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.12 Noyabr 2024-cü il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button