GündəmXəbərlər

Şəhid Nurəddin Qasımov adına Əyricə kənd həkim məntəqəsinin tikintisinə start verilib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 2030-cu ilədək əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi məqsədilə “Azərbaycanda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair konsepsiya sənədi”ndə nəzərdə tutulmuş hədəflər çərçivəsində Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımına dair pilot layihənin icrası davam etdirilir.Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, İlkin səhiyyə xidməti üzrə müavin Peyman Bədəlzadə, İnzibati işlər üzrə müavin Vasif İsmayılov, aidiyyəti üzrə struktur şöbə və bölmə müdirləri və kənd sakinləri iştirak edib.Tədbir başlamazdan əvvəl kənd sakinləri ilə görüş keçirilib, onlara pilot layihənin mahiyyəti haqqında ətraflı məlumat verilib. Daha sonra kənd sakinləri çıxış edərək görülən işlərin təqdirə layiq olduğunu bildirib və bu layihənin həyata keçirilməsinə görə Cənab Prezidentə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbərliyinə təşəkkür ediblər.Daha sonra tibb müəssisəsinin rəhbərliyi və kənd sakinlərinin iştirakı ilə binanın təməlatma prosesi icra olunub. Qeyd edək ki, ilkin-tibbi sanitariya yardımına dair pilot layihə 2025-ci ilin yanvar ayından etibarən Bərdə rayonunda tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button