GündəmXəbərlər

Tərtərdə şagirdlərlə maarifləndirici görüşlər keçirilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə rayonun Qaraağacı, Evoğlu, Sarıcalı və Əskipara kənd tam orta məktəblərində şagirdlərlə nakomaniya əleyhinə maarifləndirmə tədbirləri keçirilib.Görüşlərdə polis əməkdaşları yeniyetmələrə narkomaniya və digər zərərli vərdişlərin insan həyatına necə təsir etdiyi sadə və anlaşıqlı şəkildə izah ediblər. Bildirilib ki, bəzən yanlış qərarlar insanın həyatında ciddi izlər buraxa bilər və buna görə də hər addımı düşünərək atmaq vacibdir.Şagirdlərlə aparılan söhbətlərdə düzgün dost seçimi, sağlam həyat tərzinə üstünlük verilməsi və mənfi təsirlərdən uzaq durmağın əhəmiyyəti xüsusi vurğulanıb. Görüş zamanı internetdə qarşılaşa biləcəkləri risklər, xüsusilə tanımadıqları şəxslərlə ünsiyyət, şübhəli mesajlar və şəxsi məlumatların paylaşılması ilə bağlı ehtiyatlı olmağın vacibliyi də qeyd olunub.Sonda maraq doğuran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button