Xəbərlər
Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransın ikinci hissəsində davos formatlı görüş baş tutub.

Görüşdə çıxışçı qismində AKTİ-nin sədri Vüqar Əliyev, Özbəkistan Könüllülər Assosiasiyasının direktoru Şirin Abidova, Qazaxıstan Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aiman Nakispekova, Türkiyənin “Ahbap” Assosiasiyasının idarə heyətinin sədr müavini və baş koordinatoru Qonca Akpınar, Tacikistanın “Müzəffər” Fondunun təsisçisi Manzura Dzhurayeva iştirak edib.Çıxışçılar hər bir ölkənin Beynəlxalq Könüllülük Mərkəzinin fəaliyyətinə dair mövqelərini təqdim ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistanın təmsilçiləri, könüllülük hərəkatının müxtəlif aspektlərini və bu sahədəki təcrübələrini paylaşaraq, regional əməkdaşlığın vacibliyini vurğulayıblar.






