GündəmXəbərlər

Rayon rəhbəri şəhid anasının yas mərasimində iştrak edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokuroru Fuad Məmmədovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Qaçay Şubay oğlunun anası Mehtiyeva Zeynəb Qəşəm qızının yas mərasimində iştirak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.Qeyd edək ki, Qaçay Şubay oğlu Mehdiyev 28.11.1964-cü ildə Tərtər şəhərində anadan olmuşdur. O, 1980-ci ildə şəhər 3 nömrəli 8 illik məktəbini bitirmiş, sonra Ağdam rayonunda sürücülük ixtisası üzrə kursda oxumuşdur. 1982–1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən qayıtdıqdan sonra bir müddət sürücü işləmiş, 1990-cı ildə Tərtər rayonunda polis sıralarına serjant kimi qəbul olunmuşdur. Qaçay erməni silahlı quldur dəstələrinə qarşı ilk döyüşünü Kəlbəcər rayon ərazisində aparmış, sonralar müxtəlif bölgələrdə vuruşmuşdur. Qaçay Mehtiyev 30.09.1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button