Cəmiyyət

Bərdədə rayon rəhbəri sakinlərin problemlərini dinlədi.

Aprelin 2-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev növbəti səyyar görüş-qəbulunu Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kafarlı kənd sakinləri ilə keçirib.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, səyyar görüşdə yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verən icra başçısı bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və əsaslı şəkildə qaldırılan məsələlər artıq öz həllini tapıb.

İcra Başçısı Vidadi İsayev qeyd edib ki, kəndlərdə səyyar görüşlərin keçirilməsi ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşla dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. O vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə dövlət məmurları daim insanların yanında olur, onların problemlərini yerində dinləyir və birbaşa ünsiyyət qurur.

Rayon rəhbəri səyyar qəbul zamanı sakinlərin müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.Digər məsələlərin həlli üçün isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması səlahiyyətli şəxslərə tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button