GündəmSiyasətXəbərlər

Qərbi Azərbaycan yaddaşı: Atadan miras, qəlbdə yaşayan həsrət

Qərbi Azərbaycan kökənli millət vəkili Günay Ağamalı son çıxışında bu mövzuya toxunaraq diqqət çəkən fikirlər səsləndirib. O bildirib ki, Qərbi Azərbaycan torpaqlarını şəxsən görməsə də, atası mərhum Fəzail Ağamalı ona bu mövzu ilə bağlı çox şey öyrədib, bu sevgini və bağlılığı aşılayıb.

Deputat əlavə edib ki, o torpaqları görməsə də, onların həsrəti ilə yaşayır və bu yaddaşın yaşadılmasını özünə borc bilir.

Sonda isə demək yerinə düşər: eşq olsun belə deputatımıza! Qərbi Azərbaycan torpaqları bizim ayrılmaz bir hissəmizdir. Yağı düşmənin tapdağı altında inləyən qədim yurd yerlərimizdə dədə-babalarımızın narahat ruhları bizi səsləyir. İnanırıq ki, o doğma torpaqlar bir gün azad olunacaq və biz öz qədim yurd yerlərimizə qayıdacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button