GündəmXəbərlər

İcra başçısı şəhid anası Solmaz Cəfərovanı 85 illik yubileyi münasibəti ilə təbrik edib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun Bəyimsarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Həbib Hüseyn oğlunun anası Cəfərova Solmaz Bəhlul qızının 85 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.Qeyd edək ki, Cəfərov Həbib Hüseyn oğlu 1967-ci il fevral ayının 27-də Ermənistanın Ararat rayonundakı Yengicə kəndində anadan olub. Orta təhsilini həmin kənd məktəbində alıb. Vedi rayonundakı Texniki Peşə Məktəbində sürücülük ixtisasına yiyələnib. 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ermənilərin təcavüzü nəticəsində 1988-ci ildə ailələri ilə birlikdə Tərtər rayonunun Bəyimsarov kəndinə pənah gətirib. Əvvəl kolxozda, sonra isə 56 nömrəli Tikinti-Quraşdırma İdarəsində işləyib. 1993-cü il aprel ayının 3-də Milli Orduya təkrar hərbi xidmətə çağırılıb və bundan 5 gün sonra aprelin 8-də Milli Ordunun əsgəri kimi erməni işğalçılarına qarşı mübarizə apararkən Ağdərə bölgəsinin Maqavuz kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəli idi. Bəyimsarov kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button