Cəmiyyət

Esmira Səfərova Bərdədə Mirzalıbəyli məktəbinin direktoru təyin edildi

Hörmətli həmvətənlərim yeni uğurlu bir təyinat var!
Təhsil sistemində aparılan islahatlar və kadr yenilənməsi davam edir. Bu dəfə Bərdə rayonunda yeni və ümidverici bir təyinat reallaşıb.
Ə.İsmayılov adına Mirzalıbəyli Kənd Tam Orta Məktəbinə direktor vəzifəsinə Esmira Səfərova təyin olunub. Esmira xanım Səfərova uzun illər təhsil sahəsində fədakar fəaliyyəti, idarəçilik bacarığı və pedaqoji təcrübəsi ilə seçilən bir mütəxəssisdir. O, təyinatadək Ağdam rayon 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb və həmin məktəbdə tədris mühitinin yaxşılaşdırılmasına, müəllim-şagird münasibətlərinin səmərəli qurulmasına xüsusi töhfə verib. Yeni direktor Esmira Səfərovaya gələcək fəaliyyətində uğurlar, məsuliyyətli və şərəfli missiyasında nailiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button