Cəmiyyət

Qazi Bərdənin inkişafına görə ölkə başçısına minnətdarlığını bildirdi

Bərdə rayonunda səfərdə olan ikinci qrup Qarabağ qazisi Fərid Orucov öz sosial şəbəkə hesabında rayonla bağlı paylaşım edib. O, Bərdənin çox gözəl rayon olduğunu vurğulayaraq, xüsusilə Heydər Əliyev Parkı haqqında yüksək fikirlər səsləndirib. Qazi parkın baxımlılığı, təmizliyi və müasirliyi ilə seçildiyini qeyd edib.

Eyni zamanda, Fərid Orucov rayon rəhbəri Vidadi İsayeva xüsusi təşəkkürünü bildirib. O, rayonda aparılan abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. Qazi öz paylaşımında həmçinin qeyd edib ki, ölkə başçısının tapşırıq və göstərişləri nəticəsində bu gün regionlar sürətlə inkişaf edir, rayonlar daha da gözəlləşir.

Bərdə rayonunun simasına xüsusi gözəllik qatan Heydər Əliyev Parkı bu gün bölgənin ən baxımlı və müasir istirahət məkanlarından biri kimi seçilir. Park həm yerli sakinlərin, həm də qonaqların sevimli ünvanına çevrilərək, rayonun estetik görünüşünü və inkişafını əks etdirən mühüm mərkəz rolunu oynayır. Ərazidə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri nəticəsində parkın infrastrukturu tamamilə müasir tələblərə uyğun şəkildə qurulub, vətəndaşların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button