Cəmiyyət
SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, maqnitudası 3.2 olan yeraltı təkan yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 18 zəlzələ olub.