Hadisə

Qazaxda zəncirvari qəza olub, xəsarət alanlar var 

Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button