Cəmiyyət
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra tədbir Şəhid Alı adına Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirildi.Çıxış edən natiqlər müəllim sənətinin müqəddəsliyindən,bu gün elm və təhsilə dövlət qayğısından danışdılar.Həmçinin bu günlərin xalqımız və dövlətimiz üçün ən şərəfli dövrlərdən olduğu,müzəffər ali baş komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsində dövlət suverenliyimizin tam bərpa olunduğu bildirildi.
Bir daha bütün təhsil işçilərini təbrik edir,cansağlığı işlərində uğurlar arzulayıram.




