Cəmiyyət

Bərdə Rayon İcra Hakimiyyətinə edilən müraciət əsasında Zümürxan kəndi ərazisində və Zümürxan gölü ətrafında təmizlik işləri aparılıb.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki,
Bərdə rayonunun Zümürxan kənd sakinlərinin Bərdə Rayon İcra Hakimiyyəti-nə ünvanladıqları müraciət əsasında kənd ərazisində yerləşən Zümürxan gölü və onun ətrafında genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilmişdir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının göstəriş və tapşırıqları əsasında əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunmuş, uzun müddət ərzində yığılıb qalmış məişət və digər tullantılar ərazidən tam şəkildə ərazidən təmizlənmişdir. Görülən operativ tədbirlər nəticəsində ətraf mühitə mənfi təsir göstərən amillər aradan qaldırılmış, gölün və onun ətrafının sanitar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Həyata keçirilən bu işlər ərazidə ekoloji tarazlığın qorunmasına, kənd sakinlərinin sağlam və təhlükəsiz mühitdə yaşamasına, eləcə də ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə vermişdir. Bununla yanaşı, vətəndaş müraciətlərinə operativ və həssas yanaşılması bir daha dövlət qurumlarının əhali ilə sıx əlaqədə fəaliyyət göstərməsinin təzahürüdür.

Eyni zamanda kənd sakinləri ilə ərazinin təmiz saxlanılması və tullantıların təkrarən atılmasının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button