Cəmiyyət
Bərdə Peşə Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə liseyin rəhbərliyi, mühəndis-pedoqoji heyəti və tələbələr iştirak ediblər. Çıxış edən liseyin direktor v.i.e Samir Nəcəfov lisey kollektivinə və tələbələrə yeni ildə həm işlərində həm də həyatlarında uğurlar azru edib, bayramlarını təbrik edib. Tədbir tələbələrin hazırladıqları səhnəcik, rəqs və musiqi dinləmələri ilə davam edib.
BərdəPeşəLiseyi #PeşəTəhsili #HəmrəylikGünü #Yeniil








