Gündəm

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib.

O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.

“Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, – Boçorişvili deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button