
Siyasətçi Teymur Ağasoy yazır: 12 apreldə dünya siyasətinin ürəyi Budapeştdə döyünəcək!16 ildir,Viktor Orbanın rəhbərlik etdiyi sağ-milliyətçi FİDESZ partiyası hər 4 ildən bir 50 %-dən yuxarı səs toplayaraq Macarıstanda hər seçkini şəksiz qazanır.Hətta 2022 seçkilərində Orban qələbə nitqində “Qələbənin aydan belə göründüyünü, Brüsseldən isə mütləq göründüyünü” bəyan etdi.Bununla da Şərqi Avropa olsa belə Avropa Ittifaqı üçün bu qələbə çox təsirli idi.6 sol partiyanın ittifaq etdiyi(2023 Türkiyə seçkilərinə oxşar) Orbana qarşı ittifaqın biabırçı məğlubiyyətə uğraması Macarıstanda bütün siyasi daşları yerindən oynatdı.Lakin indi mənzərə tamam fərqlidir. İllərdir “məğlub” etiketi ilə damğalanmış və tamamilə siyasi “ölü” vəziyyətinə düşmüş ənənəvi müxalifətin seçiciləri artıq kütləvi şəkildə TIZSA partiyasına axın edir. Bu hərəkatın başında isə Orbanın öz yuvasından qopan, sistemi daxildən bilən 44 yaşlı gənc siyasətçi Peter Magyar dayanır.Magyarın ən böyük üstünlüyü Orbanın əlindəki “qorxu silahlarını” zərərsizləşdirməsidir. O, ənənəvi sol müxalifəti qəbul etmir, onlarla açıq dialoqa getmir və özünü mühafizəkar-vətənpərvər kimi təqdim edir. Beləliklə, Orbanın illərdir rəqiblərinə qarşı istifadə etdiyi “sorosçuluq”,”LGBT-çilik”,və ya “xarici agent ittihamlarının Magyara heç bir təsiri yoxdur. Orban ilk dəfədir ki, güzgüdəki öz əksinə gənc, enerjili və korrupsiyaya bulaşmamış versiyasına qarşı döyüşür.Eyni zamanda Orbanın özünü Putinlə Tramp arasında yeganə körpü görməsi məsələsi artıq öz cazibəsini itirir.Putin Avropada əlaqə saxlaya bildiyi yeganə lider və son tərəfdaş Orbanın bu durumuna panikada olduğu sezilir.Son olaraq Tramp üçün də Orban əla mütəffiqdir.Çünki Tramp üçün Orban Avropa daxilindəki ən böyük ideoloji dayaqdır,onun gedişi Trampın qitədəki əsas strateji tərəfdaşını itirməsi deməkdir.Magyar isə bu siyasi gedişlərin əksinə Brüssel orbitinə geri dönəcəyinin siqnallarını çoxdan verib.Macarıstanda Orban dövrü seçki qaydalarına bir xeyli dəyişiklik olub,belə ki, 199 yerdən ibarət Parlamentin 106 yeri majoritar,qalanı proporsional qaydada keçirilir.Seçki günü qutulara açıq müdaxilələr olmasa belə,seçki öncəsi bütün dövlət gücü və maliyyəsi Orbanın lehinə çalışır.Süni intellekt və media dəstəyindən maksimum istifadə edən iqtidar müxalifətin qalib gəlməməsi üçün əlindən gələni edəcək.Müstəqil araşdırmalar ilk dəfə Orbanın yüksək ehtimalla məğlub olacağını bildirir,ancaq bu qədər güclü iqtidar sonda hansı addımı atacaq bu çox maraqlıdır.Hətta bu ilin ən maraqlı seçkisidir desək yanılmarıq..Ardı olacaq.
