Tərtər rayonu Evoğlu kənd sakinlərinə suvarma suyunun maneəsiz çatdırılması təmin edilməsi üçün işlər görülmüşdür.

Sakinlərin müraciəti əsasında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Kənd icra nümayəndələri, Bələdiyyə sədri və aidiyyəti qurumların nümayəndələri tərəfindən əraziyə baxış keçirilmiş, Tərtər rayonu Bayandur kəndi ərazisində Evoğlu arxının üzərində yaradılmış qanunsuz bəndlər ləğv edilərək, suyun normaya uyğun və ədalətli bölgüsü bərpa olunmuşdur.
Vətəndaşlar müraciətlərin qısa müddətdə həll olunmasından razı qaldıqlarını bildirərək, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi olaraq vətəndaşlarımızın suvarma sahəsində üzləşdiyi çətinliklərin aradan qaldırılması və effektiv su idarəetməsinin təmin edilməsi üçün fəaliyyətimiz davam etdirilir.







