Xəbərlər
Növbəti üç gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 12-15-də havanın maksimal temperaturu artacaq.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-də, eyni zamanda, Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.