Xəbərlər
Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə 8 Noyabr “Zəfər Günü” ilə bağlı tədbir keçirildi.

“Qerbiazerbaycanaz.tv” xəbər verir ki, Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə 8 Noyabr “Zəfər Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak edirdi. İlk öncə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olundu, daha sonra məktəbin direktoru Teymur Həmidov, şəhid anaları və qazilər çıxış etdilər. Bəddi hissədə şagirdlər Zəfər Gününə həsr olunmuş proqramla çıxış etdilər.














