Cəmiyyət

“Tofiqə müəllimə Bərdə Təhsilinin çiçəklənməsi yolunda verdiyi töhfələr danılmazdır”.

“Tofiqə müəllimə Bərdə Təhsilinin çiçəklənməsi yolunda verdiyi töhfələr danılmazdır”. Ola bilsin ki, nankor vəzifəli insanlar bunu danar və bundan xəbərsiz olar. Biz ki bilirik.Tofiqə müəllimənin sadəliyi, səmimiliyi, gənclərə bir örnəkdir. 65 illik ömrünün 45 ilindən çoxunu müəllimlik kimi şərəfli, müqəddəs bir işə sərf etmiş bu insan ömrünün hər bir məqamı indiki gənc nəsil üçün bir nümunə, bir örnəkdir. O, harada, hansı işdə çalışmasından asılı olmayaraq həmişə şərəfli müəllim adını uca tutdu, ona şöhrət gətirdi. Daşıdığı vəzifə ona yox, o daşıdığı vəzifəyə şöhrət oldu. Tofiqə müəllimənin ömrünün ötən illərinə nəzər salanda görürsən ki, illərlə sahib olduğu müsbət insani keyfiyyətlər çətin sınaqlardan keçə-keçə cilalanıb, püxtələşib, həyat kredosuna çevrilib. Yüksək elmi zəkası, prinsipiallığı, işgüzarlığı hələ lap gənclik illərindən onun həmdəmi olub. Gələcəyin zəmanəti təhsilə, təhsil isə müəllimlərə əsaslanır. Hörmətli Tofiqə müəllimə, Sizi doğum gününüz münasibətilə təbrik edir, yeni yaşınızda sizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq.

Hörmətlə: Vaqif Məhəmməd oğlu.
Qerbiazerbaycanaz.tv xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button