
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 15 yanvar 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub. Ziyarətdə Milli Məclisin deputatı Pərvanə Vəliyeva iştirak edib. Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.Millət vəkili bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və onların ailələrinə göstərilən diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.Sonda şəhidin ruhuna Allahdan rəhmət dilənib.


