DünyaMaraqlıMədəniyyətSiyasətXəbərlər

Millət vəkili Pərvanə Vəliyeva şəhid ailələri və qazilərlə görüşlərini davam etdirir

Bayram münasibətilə millət vəkili Pərvanə Vəliyeva Vətən müharibəsi qazisi Aslan Tağıyevin ailəsini ziyarət edib.

Səmimi və qayğıkeş mühitdə keçən görüş zamanı millət vəkili ailənin vəziyyəti ilə yaxından maraqlanıb, onların gündəlik qayğı və problemlərini dinləyib.

Pərvanə Vəliyeva bildirib ki, dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərimizin yanındadır və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. O, qeyd edib ki, bu qəhrəman insanların göstərdiyi şücaət xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq.

Görüş zamanı qazimiz Aslan Tağıyev də göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Ailə üzvləri belə ziyarətlərin onlar üçün mənəvi dəstək olduğunu vurğulayıblar.

Sonda millət vəkili ailəyə bayram təbriklərini çatdırıb, onlara möhkəm cansağlığı, firavan həyat və xoş günlər arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button