Cəmiyyət

Bərdə şəhəri “İmamzadə”məscidinə İmam müavini təyin olunmuş Seyidov Səddam Füzuli oğlunun Yevlax bölgəsi üzrə şöbə tərəfindən yerli dindarlara təqdimatı keçirilmişdir.

Sentyabrın 13 də Bərdə rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədə müvəffəqiyyətlə iştirak edərək Bərdə şəhəri “İmamzadə”məscidinə İmam müavini təyin olunmuş Seyidov Səddam Füzuli oğlunun Yevlax bölgəsi üzrə şöbə tərəfindən yerli dindarlara təqdimatı keçirilmişdir. Tədbirdə Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Ramazan Hüseynov, din xadimləri və dindarlar iştirak etmişdir. Şöbə müdiri Natiq Əfəndiyev təqdimatı keçirilən din xadimlərini xürafat və mövhumatdan uzaq durmağa səsləmiş, gənc nəslin milli vətənpərvərlik ruhda tərbiyə olunması, vətənə və dövlətə sədaqətli gənclər olaraq yetişdirilməsi barədə tövsiyələr vermiş, din xadimlərini təbrik edərək onlara müvəffəqiyyətlər diləmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button