
Azərbaycan gəncliyi bu gün dövlətin diqqət və qayğısını hər addımda hiss edir. Bu siyasətin uğurla həyata keçirilməsində gənclərlə daim təmasda olan, onların problemlərinə həssaslıqla yanaşan şəxslərdən biri də Milli Məclisin deputatı Ceyhun Məmmədovdur.
Ceyhun Məmmədov gənclərlə mütəmadi görüşlər keçirir, onların fikir və təkliflərini dinləyir, daim maarifləndirici təşəbbüslərlə çıxış edir. Onun gənclərə ünvanladığı “Gənclərə tövsiyələr” adlı kitabı da bu istiqamətdə atılmış dəyərli addımlardan biridir.
Bu kitabı Ceyhun müəllimin şəxsən mənə hədiyyə etməsi mənim üçün xüsusi dəyər daşıyır. Gənclərin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına xidmət edən bu əsər hər bir gənc üçün faydalı və motivasiyaedici mənbədir.
Səmimiyyəti, sadəliyi və gənclərə göstərdiyi diqqət və qayğı ilə Ceyhun Məmmədov doğrudan da gənclərin dostu kimi nümunəvi bir deputatdır.
İctimai fəal Vaqif Məhəmməd oğlu.