Hadisə

Naxçıvanda müəllim İNTİHAR ETDİ

Şərur rayonunda 55 yaşlı müəllim intihar edib.

Lent.az xəbər verir ki, hadisə rayonun Dərvişlər kəndində qeydə alınıb.

Kənd sakini Cabbarov Kamran Rafiq oğlu yaşadığı evdə özünü asıb.

Qeyd edək ki, K.Cabbarov rayonun Çomaxtur kənd tam orta məktəbində hərbi müəllimi işləyib və bir ay əvvəl öz ərizəsi əsasında işdən çıxıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button