GündəmXəbərlər

İcra başçısı Yuxarı Sarıcalı kəndində evi yanan ailəni ziyarət edib

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Sarıcalı kəndində Abdullazadə Hicran Vahid qızına məxsus yanmış evə baxış keçirib. Baxış zamanı ailənin mövcud vəziyyəti ilə maraqlanılıb, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.Bildirilib ki, zərərçəkmiş ailənin evinin bərpası üçün lazımi köməklik göstəriləcək. Bu istiqamətdə rayon icra hakimiyyəti tərəfindən tikinti materialları təqdim olunub, eyni zamanda ailəyə maddi yardım da edilib və evin təmirinə başlanması üçün şərait yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button