
Qerbiazerbaycanaz.tv media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu mütəmadi şəkildə həm rayon icra hakimiyyətində, həm də yerlərdə təşkil olunur. Qəbul zamanı vətəndaşları narahat edən məsələlər yerində araşdırılır, qaldırılan problemlərin həlli istiqamətində operativ tədbirlər görülür və vətəndaş məmnunluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbul görüşü zamanı Tərtər şəhəri Elman Səfərov küçəsində yerləşən, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yaşadığı 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının sakinləri müraciət edərək binanın dam örtüyünün yararsız vəziyyətdə olan hissəsinin təmir olunmasını xahiş ediblər.Daxil olmuş müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişinə uyğun olaraq Mənzil İstehsalat Təmin İstismar sahəsi tərəfindən binanın dam örtüyünün yararsız vəziyyətdə olan 40 kvadratmetr hissəsi sökülərək yenisi ilə əvəz edilib və sakinlərin müraciəti təmin olunub.Bina sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.








