Martın 17-də Bərdə şəhər Şəhid Alı adına 5 nömrəlitam orta məktəbdə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Teymur Hemidov
öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs nömrələri və Novruza həsr olunan şeirlərlə başa çatdı.










